25 kq-dan çox gümüşün qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Bizimxeber.az bildirir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən ölkə vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yükündə aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.