2050-ci ilə qədər Britaniyada minlərlə evi su basa bilər

Böyük Britaniyada 6 milyondan çox mülk 2050-ci ilə qədər daşqın təhlükəsi səbəbindən su altında qala bilər. Qeyd edilir ki, bu vəziyyət krallığı ağır iqtisadi nəticələrlə təhdid edə bilər. 

Bizimxeber.az bildirir ki, İngiltərədə təxminən 6,3 milyon mülk (evlər və bizneslər) bir və ya bir neçə mənbədən: çaylar, dənizlər, yerüstü sular tərəfindən daşqın riski olan ərazilərdə yerləşir.

Dünyanın ən böyük aysberqinin Antarktidada qopması Dünya Okeanında suyun səviyyəsini yüksəldə bilər. Bu proses tarixi standartlarla çox tez baş verə bilər və ərazilərin su altında qalması ilə nəticələnir.

Narahatlığa konkret aysberqin qopması deyil, Antarktida buzunun qeyri-sabitliyi səbəb olur.