20 min rüşvət verərkən tutuldu

Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna vətəndaşını Konstansa limanında gömrük işçilərinə ölkəyə rüsumsuz bir konteyner ayaqqabı gətirməsinə icazə vermək üçün 20 min dollar vermək istəyərkən saxlayıblar.

Bizimxeber.az bildirir ki, bu barədə Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb .

İstintaqın məlumatına görə, ukraynalı may ayı ərzində guya Rumıniya gömrük əməkdaşına “məşhur ayaqqabı markaları” olan dörd konteynerin Rumıniyaya gətirilməsini asanlaşdırmaq üçün bir neçə dəfə 90 min dollar vəd edib.

"Təqsirləndirilən şəxs üç konteyner üçün hər konteyner üçün 20 min ABŞ dolları, dördüncü konteyner üçün isə 30 min ABŞ dolları məbləğində pul köçürməyə söz verib", - Rumıniyanın korrupsiyaya qarşı mübarizə orqanının bəyanatında deyilir.

Həmin şəxs mayın 31-də ilk 20 min dolları vermək istəyərkən bir sutka saxlanılıb. Şənbə günü o, Konstansa məhkəməsinə gətiriləcək, orada prokurorluq 30 günlük həbs tələb edəcək.