18 yaşlı qız özünü "Qələbə residence"in binasından atdı


Bakıda 18 yaşlı qız intihar edib.

Hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb. 

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.