18 nəfərin meyiti çaydan çıxarıldı - Sağ qalan yoxdur

ABŞ-da sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan 18 məfərin cəsədi Potomak çayından çıxarılıb.

Bizimxeber.az bildirir ki, xilasedicilər hələ də çayda qəzaya uğrayan təyyarədən sağ qalanları tapmayıblar. Təyyarə tamamilə dağılıb və çay sahəsinə səpələnib.

Ekspertlər hesab edir ki, bu qəza ABŞ-da son 15 ildə ən pis təyyarə qəzası ola bilər. 

Sonuncu belə faciə ABŞ-da 2009-cu ilin fevralında baş verib, sərnişin təyyarəsi Nyu-Yorkda bir evin üzərinə düşüb və nəticədə bütün 49 sərnişin və ekipaj üzvü, həmçinin evdə olan bir nəfər həlak olub.