18 ailə üzvü koronavirusa yoluxan jurnalist TƏBİB-ı sərt qınadı

“Ötən həftə qardaş-bacılarımın ailə üzvləri - 13 nəfər Bakıda olmaqla, cəmi 18 nəfər – COVID-19 əlamətləri ilə yatağa düşüblər. Test üçün zəng vurduğumuz təcili tibbi yardımdan gah Aşura gününü bəhanə gətirdilər, gah yollar tıxacdır dedilər... Yalnız 3 gün sonra - ötən həftənin 5-ci günü gəlib çıxıblar, yaxma götürüb gediblər”.

Bizimxeber.az xəbər verir ki, bu barədə jurnalist Qabil Abbasoğlu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 4 gün keçəndən sonra götürülən testlə bağlı heç bir cavab ala bilməyiblər. Jurnalist əlavə edib ki, həmin şəxslər ağır vəziyyətdə olsa da, TƏBİB diaqnoz açıqlamayıb, Səhiyyə Nazirliyi isə diaqnoz yoxdursa, "bizlik deyil" deyib. TƏBİB və Səhiyyə Nazirliyinin nömrələri ilə isə əlaqə saxlamaq mümkün olmayıb.