17 yaşlı qız kirayə qaldığı evdə öldürüldü

Qaxda 17 yaşlı qız kirayə qaldığı evdə qətlə yetirilib.

Hadisə bu gün rayonun Cavanşir Rəhimov kücəsində baş verib. 

Belə ki, həmin evdə yaşayan 2005-ci il təvəllüdlü Papiaşvili Albina Aliqoşayevina mənzildə ölü tapılıb. İlkin məlumata görə, 17 yaşlı qızın bıçaqlanaraq öldürüldüyü bildirilir.

Faktla baglı Qax rayon Prokurorluğunda araşdırma aparılır.