İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vəzifəsindən azad edilib.
Bizimxeber.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, S.Həsənova 6 iyul 2006-cı ildən nazir müavini idi.