13 yaşlı sevgilisinə görə həyatını itirdi

Bakıda itkin düşən oğlanın meyiti aşkar edilib.

Hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib. 

Məlumata görə, 16 yaşlı oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.