Bu ilin ilk 6 ayında 13 prokurorluq işçisi cəzalandırılıb.
Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.