Portuqaliyanın Azambuca şəhərində məktəblərdən birinin 12 yaşlı şagirdi eyni müəssisədə təhsil alan 6 uşağı bıçaqlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə CNN Portugal məlumat yayıb.
Azambuca şəhərinin meri Silvino Lusionun sözlərinə görə, hadisə məktəbin bufetində baş verib, 7-ci sinif şagirdi nahardan sonra gəlib və orada apardığı bıçaqla “gördüyü hər kəsi” bıçaqlayıb.
Bundan sonra uşaq hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər tutularaq sinif otağına bağlanıb. Uşaq isə yaşına görə həbs edilməyib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Hücum nəticəsində eyni məktəbin 12-14 yaş arası altı şagirdi yaralanıb. Onların əllərində və qarın nahiyəsində xəsarətlər var. Zərərçəkənlərdən biri - 12 yaşlı qız xəstəxanaya yerləşdirilməli olsa da, onun həyatı üçün təhlükə yoxdur.
Uşaqlara kömək etmək üçün psixoloqlar cəlb olunacaq.