11-ci sinif şagirdi intihar etdi

Astarada məktəbli intihar edib. Hadisə rayonun Siyakü kəndində baş verib.

Həmin kənddəki orta məktəbin 11-ci sinif şagirdi 2007-ci il təvəllüdlü M.Qəmxarov həyatına qəsd edib.

Bu gün səhər saatlarında anası 17 yaşlı oğlunun otağında olmadığını görərək axtarmağa başlayıb və özünü evlərinin həyətindəki yardımçı tikilidən asdığını görüb.

Faktla bağlı araşdırma aparılır.