107-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 107-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

Buta.ws xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 195 təyyarəsi, 130 helikopteri, 1168 PUA-sı, 336 zenit-raket kompleksi, 3484 tank və digər zirehli texnikası, 499 reaktiv yaylım atəş sistemi, 1843 artilleriya və minaatanı, 3528 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.