Yunanıstan, eləcə də bir sıra digər NATO ölkələri Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətini dəstəkləyib.
Bizimxeber.az bildirir ki, bu barədə Politico məlumat yayıb.
"NATO nümayəndələri, o cümlədən Polşa və Yunanıstan, Ukraynanın təşkilata üzvlük müraciətini dəstəklədiklərini bildirdilər"- deyə məlumatda bildirilir.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostinin Vaşinqtonun da Ukraynanın alyansa qoşulmaq istəyini dəstəklədiyinə aydınlıq gətirib.