" ABŞ İsraili dəstəkləməməli, əksinə, İsrailə qarşı yerini tutmalıdır" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İsrailin Fələstin və Livana qarşı hücumlarına münasibət bildirərək, Vaşinqtonun bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoymalı olduğunu bəyan edib.

Bizimxeber.az bildirir ki, o, ABŞ-ın İsraili dəstəkləməməli, əksinə, İsrailə qarşı yerini tutmalı olduğunu vurğulayıb. 

Prezident Ərdoğan BMT-dəki çıxışında Yaxın Şərqdəki vəziyyətə toxunaraq, xüsusən də İsrailin son hücumlarına qarşı çıxış etdiyini bildirdi.

"ABŞ burada mütləq öz mövqeyini açıq şəkildə ifadə etməli və İsrailə qarşı yerini tutmalıdır, onunla yox," deyə Ərdoğan qeyd edib.

ABŞ-ın İsraili dəstəkləməkdə davam etdiyini vurğulayan Ərdoğan, bölgədə sülhün və ədalətin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli olmasının zəruriliyini bildirib.

Jurnalistlərdən biri F-35 proqramı ilə bağlı hər hansı bir yeniliyin olub-olmaması ilə bağlı sual verdikdə, Ərdoğan hazırda bu məsələdə heç bir irəliləyişin olmadığını deyib.