Loading...

ADP seçki haqda qərar verdi: Vahid namizəd… 

3090 oxunma | Tarix: | 2 ay öncə
Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Bu barədə Yenisabah.az-a ADP sədri Sərdar Cəlaloğlu məluma verib. ADP sədri əlavə edib ki, artıq dairələr üzrə əsas namizədlər də müəyyən edilib. Sərdar Cəlaloğlu seçkilərdə digər müxalifət partiyaları ilə də əməkdaşlıq edəcəklərini bildirib. 

“Müxalifətin seçkilərdə dairələr üzrə vahid namizədlərlə iştirak etmək məsələsi müzakirə olunacaq. Artıq Müsavat Partiyası ilə danışmışam. Ümid edirəm ki, bu partiya ilə vahid namizəd məsələsində anlaşa bilərik. Respublikaçı Alternativ (REAL), Ümid və digər partiyalarla da danışıqlar aparacağıq”, – deyə ADP sədri vurğulayıb.

Sərdar Cəlaloğlu boykot taktikasının doğru yanaşma olmadığı qənaətindədir. Onun fikrincə, siyasi rəqabət mühitini seçkilərdə iştirakla yaratmaq olar: “Doğrudur, Azərbaycanda siyasi rəqabət mühiti yoxdur. Lakin seçki prosesindən kənardsa qalmaqla bu mühiti yaratmaq olmaz. Əksinə, seçkilərə qatılmaqla siyasi rəqabət mühiti yaratmaq olar. Yaxşı, biz seçkiyə getməyək, iqtidar da tək prosesdə iştirak eləsin. Bu zaman rəqabət mühiti necə yarana bilər? Mən başa düşürəm ki, Azərbaycan demokratik siyasi rəqabət mühiti yoxdur. Demokratik siyasi rəqabətdən ümumiyyətlə söhbət gedə bilməz. Amma biz seçkilərdə iştirakla bunu insanlara çatdıra bilərik”.

ADP sədri bildirib ki, seçkidə saxtakarlıq baş verəcəyi halda buna qarşı hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. “Bizdə belə bir yanlış təsəvvür var ki, səsləri qorumaq üşün insanlar küşələrə çıxmalıdır. Bu qaydada səsləri qorumaq mümkün deyil. Mitinqlər sadəcə etirazdır. Seçkilərdən sonra müxalifətin ümumi şəkildə vahid nazmizədlər məsələsində razılaşacaqsa, seçkidən sonra da ortaya vahid mövqe qoya biləcək”, – deyə Sərdar Cəlaloğlu əlavə edib.

ADP sədri Milli Məclisin buraxılmasına rəğmən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin indiki tərkibinin saxlanılması məsələsinə də toxunub. “Naxçıvan parlament respublikasıdır. Vasif Talıbov Ali Məclisi buraxarsa o zaman gərək seçkilərə qatılmasın. Çünki bu halda onun namizəd olması məntiqsizlk olardı. Doğrudur, Ali Məclisi Prezident də buraxa bilər. Amma görünür ölkə başçısı Naxçıvanın daxili işlərinə qarışmağı məqsədəuyğun saymayıb”, – deyə Sərdar Cəlaloğlu vurğulayıb.

Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir