Əsas menu

Bakıda taxta bazarı yanır: 3 nəfər xəstəxanaya aparıldı (VİDEO/YENİLƏNİB) 

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 əməkdaşına yerində yardım edilib. Daha 3 nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib.

FHN də yanğınla bağlı növbəti dəfə məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 22-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub: “Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib”.

17.11

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.

16.39
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib. Bizimxeber.az“Report”a istinadən xəbər verir ki, hələ yanğının qarşısını almaq mümkün olmayıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: “Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib”.
15.40
Bakının Nərimanov rayonu, “Baksol” yolunda güclü yanğın başlayıb. Yanğın 10-15 dəqiqədir başlayıb. Məlumata görə, ərazidə taxta anbarı yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çox sayda yanğınsöndürəni cəlb edilib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*