Əsas menu

Voleybol üzrə qızların yarışında çempion bəlli oldu – EYOF 

İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol üzrə qızların yarışında çempion müəyyənləşib. Qızların yarışının Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən final görüşündə Rusiya və Rumıniya milli komandaları qarşılaşıblar. Rusiyalı voleybolçular gərgin idman mübarizəsi şəraitində keçən oyunda 3:1 hesabı ilə qalib gələrək çempion olublar.

Matçın birinci setində 25:23 hesabı ilə Rumıniya millisi qalib gəlib. Bundan sonra təşəbbüsü ələ alan Rusiya yığması sonrakı hər üç seti qələbə ilə başa vurmağı bacarıb – 25:16, 25:19 və 25:17.

Bu görüşlə eyni vaxtda 7-8-ci yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində təşkil olunan digər matçda Azərbaycanın oğlanlardan ibarət voleybolçuları Almaniya seçməsi ilə qarşılaşıb. Görüşdə 3:1 (25:22, 34:32, 26:28, 25:20) hesabı ilə qalib gələn Almaniya komandası yarışları 7-ci pillədə başa vurub.


Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*