Əsas menu

Atılan uşaqlarla bağlı xəstəxanadan açıqlama 

“Nənə nəvələrini müayinəyə gətirib. Hazırda ata da uşaqlarının yanındadır. Nənəsi isə pal-paltar dalınca gedib. Burada atılan uşaqlardan söhbət belə getmir”. Bunu “Yeni Sabah”a Bərdə Rayon Uşaq xəstəxanasının baş həkimi Rafael Rəşidoğlu deyib.
Onun sözlərinə görə, hazırda uşaqların səhhətində problem yoxdur: “Sadəcə müayinəyə gətiriliblər. Bu xəbəri niyə belə yayıblar bilmirəm. Bayaqdan 50 adam zəng edib. Mən işimi, gücümü atıb ancaq onlara cavab verirəm”.

Xatırladaq ki, dünən Bərdə rayonunda azyaşlı uşaqların xəstəxanaya atıldığı barədə xəbər yayılıb. Bildirilib ki, iki nəfər tərəfindən iki az yaşlı oğlan uşağı Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılıb. Uşaqlardan birinin 9 yaşında, digərinin isə altı aylıq olduğu bildirilib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*