Əsas menu

Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır – Foto 

Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə diviziyan komandiri, mayor Mirdamət Bağıyevin atası ilə dialoqu bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirələrə səbəb olub.

“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”, – deyə vurğulayıb.

Qeyd edək ki,  33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib.

Xatırladaq ki, zabitimiz döyüşdə göstərdiyi şücaətə görə dövlət tərəfindən mükafatlandırılaraq rütbəsi artırılıb, bu ilin iyun ayında isə “İgidliyə görə” medalı ilə təltif edilib.

 


Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*