Əsas menu

İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü – Fotolar 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və Sabunçu rayon İcra Hakimiyyətinin ötən il təmtəraqla gördüyü, bu haqda bütün mediada informasiya yaydığı kampaniya “uğurlu nəticə verib”. 

Bir sıra hallarda dövlət qurumlarının məhz “kampaniya” xatirinə həyata keçirdiyi tədbirlər heç bir halda nəticəyə hesablanmır. Onların nəticə olaraq düşündüyü isə yalnız rayonda həyata keçirilən işlərin siyahısının qarşısına “quş” qoymaqdır.

Bir il əvvəl adıçəkilər qurumlar Ramana qalası ətrafında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilblər.

Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ramana qəsəbə nümayəndəsi və bələdiyyə sədri, RİH aparatının əməkdaşları, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Həmin ərazidə isə kampaniya çərçivəsində müxtəlif növdə mindən çox ağac əkilib. Amma bu günlərdə bəlli olub ki, həmi ağaclar həm susuzluqdan, həm də ərazidə baş verən yanğın nəticəsində məhv olub. Əraziyə qulluq göstərilmədiyindən və quru otlardan təmizlənmədiyindən əkilmiş ağaclar külə dönüb…

İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü -

İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü -
İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü -
İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü -
Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*