Əsas menu

Çərşənbə, İyul 24th, 2019

 

Deputatın oğlunun əmlakları əlindən alındı

Bir müddət öncə “Rabitəbank” deputat Hüseynbala Mirələmovun oğlu, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmova qarşı 119 min manatlıq iddia qaldırıb. İddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı var. Bizimxeber.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi 119 min manatlıq tələbin 101 min manatını təmin edib. Hərçənd, Rauf Mirələmov məsələyə Yasamal Rayon Məhkəməsində baxılmasını istəməyib. Məsələ qaldırılıb ki, bu işə bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılsın. Əsas kimi isə R.Mirələmovun bu rayonun ərazisində yaşaması göstərilib. Amma Yasamal rayon Məhkəməsi onunƏtraflı oxu


Vergilər Nazirliyinin strukturu təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bizimxeber.az bildirir ki, sərəncama əsasən, Vergilər Nazirliyinin strukturu təsdiq edilir. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar: Milli Gəlirlər Baş İdarəsi; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi; İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi; Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi; Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə; Çağrı Mərkəzi (baş idarə səlahiyyətli); yerli bölmələr (baş idarələr, idarələr və şöbələr). Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üçƏtraflı oxu


Prezidentdən Azad Rəhimovla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. “Yeni Sabah” xəbər verir ki, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Rəhimov Azad Arif oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Babayev İntiqam Vaqif oğlu İsmayılov İsmayıl Sultan oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Hacıyev Fərhad Məcid oğlu Həsənov Rüfət Elman oğlu “Tərəqqi” medalı ilə Abbasov Raqif Arif oğlu Əhmədov Vüqar Fərman oğluƏtraflı oxu


Mübariz İbrahimov adına klub Region liqasında çıxış edəcək

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına yaradılan Mübariz futbol klubunun yeni mövsümdən Region Liqasında çıxış edəcəyi dəqiqləşib.  Bu barədə “Yeni Sabah”a klubun futbolçusu Erkan Verdiyev məlumat verib. Klubun 2011-ci ildən yarandığını xatırladan E.Verdiyev bildirib ki, klub bu ildən etibarən Region liqasında çıxış edəcək. O, eyni zamanda klubun ideologiyasından bəhs edib: “Şərəfli şəhidimiz adına olan bu klubun inkişaf edib parlamasını istəyirəm. Klubun əsas prinsiplərindən biri Azərbaycan futbolunda olan stereotipləri məhv etməkdir. Klubun bir idealogiyası var və bu idealogiya uğrunda hər zaman sonuna kimi vuruşacağıq. Məqsəd: bu ad uğrunda klubun hər üzvü bir MübarizƏtraflı oxu


6 ayda Türkiyədə 20 azərbaycanlı anonim şirkət qurub: sahibləri kimlərdir?

Türkiyədə ilin ilk yarısında 6179 xarici şirkət fəaliyyətə başlayıb. Bizimxeber.az “Hurriyet”ə istinadən xəbər verir ki, qurulan xarici anonim və limited şirkətlər ümumilikdə 1 699 955 298 türk lirəsi investisiya yatırıb. Həmin şirkətlərin 559-u anonim, 5620-si isə limited statusu ilə yaradılıb. Şirkətlərin 362-si İstanbul şəhərində qeydiyyatdan keçib. Şəhərə qoyulan yatırımın dəyəri 169 270 084 lirədir.  Anonim şirkətlərin yaradılması üçün 219 898 733, limited şirkətlər üçün isə 480 956 565 lirə xərclənib. Qonşu ölkədə ən çox İran vətəndaşları anonim şirkət yaradıb. 33 anonim şirkətin əsası İran, 28-i Almaniya, 20-si Azərbaycan vətəndaşları tərəfindən qoyulub. Limited şirkətlərdəƏtraflı oxu


Lerik. Doğrudanmı Cənnətovlara icra hakimiyyəti cəhənnəm yaşadır? (VİDEO)

Vaqif Cənnətov iddia edir ki, icra hakiminin şöbə müdiri ondan istədiyi rüşvəti ala bilmədiyi üçün həyatlarını cəhənnəmə döndərib. Necə deyərlər, hadisə vaqe olur Lerik Rayonunun Orand kəndində. Elə şikayəti həmin kənddə İcra Hakimiyyəti Başçısının Orand İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətovun dilindən eşidək: – 35 yaşım var. Ailəliyəm. Ali təhsilliyəm. 2 məktəbyaşlı övladım var. Ata – anam xəstə və təqaüdçüdür. Hərbi xidmətimi başa vurduqdan bir qədər sonra, 2012-ci ildən kəndimizdəki ərazi dairəsinə baş mühasib-məsləhətçi təyin  olunmuşam. 2 ildən (2014-cü ildən) sonra isə vəzifəmi böyüdüb məni ərazi nümayəndəsinin müaviniƏtraflı oxu


Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi iyulun 24-dən avqustun 5-i saat 23.59-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzindəƏtraflı oxu


Azərbaycanda bəzi vəzifələr ləğv olunmalıdır! – Millət vəkilindən təklif

Xəbər verdiyimiz kimi Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olunacağını açıqlayıb. Bəs görəsən, Azərbaycanda da belə bir islahata ehtiyac varmı?  Mövzu ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa Azərbaycanda buna çoxdan ehtiyac olduğunu bildirib:  “Bizdə ştatlar daha çoxdur. Dövlət büdcəsindən maliyyələşən artıq, lazımsız strukturlar var ki, bir-birlərini təkrar edir. Bu hal açığı heç ürəkaçan deyil. Çox güman ki, bizdə də islahatlar prosesində məsələyə baxıla bilər”. Onun fikrincə, ölkəmizdə bütün sahələrdə ixtisara getmək mümkündür: “Mən konkret deyə bilmərəm ki, hansı qurumlar, vəzifələrƏtraflı oxu


Rəisinə 166 min manatlıq avtomobil alan Xidmət təyyarədən istifadəyə 190 min xərcləyəcək

Dövlət Miqrasiya Xidməti hava nəqliyyatından istifadə xidmətlərinin satın alınması ilə əlaqədar keçirdiyi tenderin nəticəsini açıqlayıb. Heftelik.az-ın məlumatına görə, tenderin qalibi “KİNGS-TRAVEL” MMC  olub. Bağlanmış müqaviləyə əsasən, Dövlət Miqrasiya Xidməti hava nəqliyyatından istifadə xidmətləri üçün “KİNGS-TRAVEL” MMC-yə 190 min manat ödəyəcək. Qeyd edək ki, bir ay əvvəl Dövlət Miqrasiya Xidməti tələbatına uyğun minik avtomobilinin satınalınması ilə əlaqədar tenderin nəticəsini açıqlayıb. Tenderdə “İmprotex Motors” MMC qalib elan edilib. Bağlanmış müqaviləyə əsasən, Dövlət Miqrasiya Xidməti “İmprotex Motors” MMC-yə minik avtomobilinin satınalınması üçün 166 min 356.4 manat ödəyəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin 23Ətraflı oxu


Kəmaləddin Heydərovdan yeni təyinat – Xanıma vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.  Bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib. Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb. Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub. FHN-dən  təyinatı təsdiqləyiblər. G.Mehdiyeva rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib: “Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.


Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – gürcü keşişlər ərazidən uzaqlaşdırıldı – FOTOLAR

Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. “AzeriDefence”nin məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb. Gürcüstanın “Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə önləm alan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri  çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşaiyət ediblər. BuƏtraflı oxu


“Hər şey görmüşdüm, bircə bunu görməmişdim…” – Abid Şərifov 

Sosial şəbəkələrdə “Kanal13”ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:  “Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!” O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib: “Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım vəƏtraflı oxu


Azərbaycanlı biznesmen Belarusdan deportasiya edildi

Azərbaycanlı biznesmen Belarusdan deportasiya edilib. Belarus KİV-inin məlumatına görə, Qrodno şəhərində fəaliyyət göstərən şirkətin direktoru miqrasiya qaydalarını pozub. Həmin şəxs Qrodnoda qeydiyyatdan keçməsinə baxmyaraq Vitebskdə bizneslə məşğul olub.


“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Ölkəmizdə telekom sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyul ayının 1-dən etibarən “İT-lab” və “Biznes-lab” inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər. Təcrübə Proqramının ilk həftəsində Azercell Akademiyasının professional tədrisçiləri tərəfindən “Azercell-Lab”-ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi masterƏtraflı oxu


Azərbaycandan Türkiyəyə daşınan pullar kəskin artıb – Rəsmi açılqlama

Türkiyə İqtisadi Siyasət üzrə Araşdırma Vəqfi Türkiyəyə gələn və Türkiyədən gedən investisiyalarla bağlı hesabat hazırlayıb. “Yeni Sabah” xəbər verir ki, hesabata görə, Türkiyədən gedən investisiyalar bir il öncəki ilin eyni ayına görə 0,23% artıb. Türkiyəyə gələn investisiyalar isə 29,3% artıb. 2019-cu il may ayında Türkiyədən gedən investisiyalar daha çox peşə, elmi və texniki sahələr üzrə olub. Bu ilin yanvar-may ayları ərzində Türkiyəyə yatırılan ən çox sərmayə investisiyalarının başında isə Azərbaycan durur.  Türkiyəyə qoyulan sərmayə əsasən 2 ölkənin – İngiltərə və Azərbaycanın adı ilə bağlıdır. Hesabatda qeyd olunur ki, İngiltərədən gələn sərmayəninƏtraflı oxu


Türk kanalı Əli Həsənovun nəvəsi haqda reportaj yaydı – Video

Türkiyənin “Haber Türk” telekanalı baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi dəhşətli qəza haqda reportaj hazırlayıb. “Yeni Sabah” xəbər verir ki, telekanal hadisə haqda xatırlatma verir və sonrakı proseslərdə Ə. Həsənovun qəzada xəsarət alan ailəni aldatdığını qeyd edir:  “Qəzadan sonra Əli Həsənov ailədən şikayətçi olmamağı xahiş edib və bütün müalicə xərclərini ödəyəcəyini bildirib. Amma sonra verdiyi sözlərə əməl etməyib”. Qəza zamanı N. Allahverdiyevin vurduğu türk iş adamı Mutallib Tekiş deyir: “3 uşaqla xoşbəxt yaşayırdıq. Amma indi əzaba dönüb. Afrikada olan böyük yatırımlarım bu qəzaya görə məhvƏtraflı oxu


AZAL-da problem yarandı, “Neftçi” Rusiyaya uça bilmədi

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından “Arsenal”ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.  Hazırda “Neftçi’nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır. AZAL-dan bildirilib ki, texniki nasazlıq səbəbindən təyyarə dəyişdiriləcək. Sərnişinlərin ixtiyarına yeni təyyarə veriləcək. Uçuşun 11:00-da gerçəkləşəcəyi gözlənilir. OyunƏtraflı oxu


Azərbaycanda 8 min manata konyak satılır (FOTO)

İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə maraqlı paylaşım edib. Bizimxeber.az xəbər verir ki, o “Kontinental” supermarketə su almaq üçün girdiyini deyib. Bu zaman təsadüfən qiyməti 7900 manat olan 1 şüşə konyak görüb: “Fikirləşdim ki, qiyməti 15 aylıq orta əmək haqqına bərabər olan bu içkinin alıcıları kim ola bilər? Məlumat üçün qeyd edim ki, Courvoisier L’Essence Cognac Yaponiyanın Osaka şəhərində yerləşən Suntory Holdinqə məxsusdur, Fransanın Charente regionunun Jarnac şəhərində istehsal olunur. Bu ilin iyun ayına bu konyakın dünya bazarında orta qiyməti $2,620 USD dollar olub, göründüyü kimi Bakıdakı qiymət qlobal orta qiymətdən 2 dəfəyədək yuxarıdır”.