Əsas menu

Bazar ertəsi, İyul 1st, 2019

 

Prezident pensiyalarla bağlı dəyişiklik etdi

Bu gün Prezident İlham Əliyev  “Müharibə veteranlarına Azərbaycan   Respublikası   Prezidentinin   təqaüdü”nün   təsis   edilməsi  haqqında fərman imzalayıb.  Firmana əsasən,  “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan  Respublikası  Prezidentinin  təqaüdü”nün  təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilib: 1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin. 2.  7-ci hissə üzrə:Ətraflı oxu


Əsabil Qasımovdan Nəsimi sakinlərinə qarşı inanılmaz zorakılıq – VİDEO

Deputatın adamları “Dövlət bizik, bizə kimsə bata bilməz”, deyərək sakinlərin əşyalarını pəncərədən atıb və evi qarət ediblər…  Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Sahib Zeynalov 19 ünvanda yerləşən binanın sakinlərinin evini uçurub. Bu barədə “Azad Söz” “Youtube” kanalında yayılan ürəkdağlayan reportajda bildirilir. Kanala danışan Nəsimi rayon sakinləri evdə olmadıqları vaxtda deputat Əsabil Qasımova aid olan şirkətin işçilərinin onların evinə girərək əşyalarını pəncərədən çölə atdıqlarını və evdəki digər əşyaları qırıb tökdüklərini bildirib. Şikayətçi Məmmədova Esmira Tahir qızı həmçinin evindən qızıl əşyalarının da götürüldüyünü iddia edib. Hazırda birƏtraflı oxu


Maliyyə Nazirliyi icra başçısının bahalı tender elanına münasibət bildirdi

Maliyyə Nazirliyi Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatı üçün “Mercedes Benz S350” model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb. Nazirliyin mətbuat katibi Mais Piriyev “Report”a açıqlaması zamanı bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur. “Konkret olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinə gəlincə deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da, bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb.Ətraflı oxu


Hacı İbrahim: “Dövlətə nə verəcəyim var, nə də alacağım” – AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Xəzər adaları” layihəsi müsadirə olunub.  Unikal.org-un əldə etdiyi məlumata görə, İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib. O “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib: “Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkiliƏtraflı oxu


AZTV sədri xanımının əmisinə vəzifə verdi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)  sədri vəzifəsini icra edən, tanınmış jurnalist Rövşən Məmmədov rəhbərlik etdiyi quruma yeni təyinat edib. Məlumata görə, R.Məmmədovun müvafiq əmri ilə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədov təyinat alıb. Xəbərdə bildirilir ki, X.Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir.


Kəmaləddin Heydərovun oğlu xarici vətəndaşlıq aldı

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, “Qəbələ” idman klubunun sabiq prezidenti, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə vətəndaşlıq alıb.  Bizimxeber.az xəbər verir ki, Unikal.org-un yaydığı məlumata görə, hazırda İngiltərədə yaşayan nazir oğlu demək olar ki, Azərbaycandakı biznes strukturlarının hamısını həmin ölkəyə daşıyıb. Onu da nəzərə çatdıraq ki, bir müddət öncə sayta açıqlama verən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fətah Heydərov nəvəsi T.Heydərovun xaricdə olduğunu təsdiqləmişdi.


Birinci xanım əsgər anaları ilə söhbət etdi – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.  Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. M. Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.


Əli Əhmədovun maaşı nə qədərdir? 

Ötən həftə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin mövcudluğunu əsas gətirərək, təşəbbüs irəli sürüb.  Bizimxeber.az xəbər verir ki, o Silahlı Qüvvələrə Yardım Fondunu xatırladaq baş nazirin müavini hakim Yeni Azərbaycan Partiyasının üzvlərini Fonda dəstək aksiyaya qoşulmağa çağırıb. Əli Əhmədov həmçinin yaydığı açıqlamada bildirib ki, aylıq əmək haqqımın 50 faizinin həmin Fonda köçürülməsi barədə mühasibatlığa müraciət edib. Maraqlıdır, Əli Əhmədov baş nazirin müavini olaraq nə qədər maaş alır? Modern.az saytı bununla bağlı kiçik bir araşdırmaƏtraflı oxu


Heydər Əliyev tərxis olundu – FOTOLAR

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.  Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Tərxis olunan əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.  


İcra Hakimiyyətinin ötən il əkdiyi ağaclar külə döndü – Fotolar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və Sabunçu rayon İcra Hakimiyyətinin ötən il təmtəraqla gördüyü, bu haqda bütün mediada informasiya yaydığı kampaniya “uğurlu nəticə verib”.  Bir sıra hallarda dövlət qurumlarının məhz “kampaniya” xatirinə həyata keçirdiyi tədbirlər heç bir halda nəticəyə hesablanmır. Onların nəticə olaraq düşündüyü isə yalnız rayonda həyata keçirilən işlərin siyahısının qarşısına “quş” qoymaqdır. Bir il əvvəl adıçəkilər qurumlar Ramana qalası ətrafında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilblər. Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Sabunçu Rayon İcraƏtraflı oxu


Baba Rzayevin qardaşı bu rayona icra başçısı təyin olunacaq – İDDİA

Yarım ildən artıqdır ki, başçısız qalan Xətai rayonu “Azərenerji” ASC-nin sədri Baba Rzayevinkurasiyasına verilir.  Bu barədə azeuronews.com-a daxil olan məlumatda bildirilir. Mənbənin iddiasına görə, “Azərenerji” ASC-nin sədri Baba Rzayevin qarfaşı Emin Rzayev Xətai rayon icra başçısı təyin edilmək üzrədir. Artıq Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğu və yaxın günlərdə qərarın verilə biləcəyi ehtimal edilir.  Mənbə Emin Rzayevin Xətai icra başçısı təyin edilməsi qərarının verilə biləcəyini onunla əsaslandırır ki, bir neçə gün öncə Baba Rzayevin oğlu Fuad Rzayev və əmisinin icra başçısı təyin ediləcəyi ilə bağlı paytaxtın tanınmış bir restoranında yaxın dostlarına qonaqlıq verib. Həmin qonaqlıqdaƏtraflı oxu


Lənkəran RQİİ Masallı xidmət sahəsinin işçiləri etiraz aksiyası keçirdi – FOTOLAR

Bu gün Lənkəran RQİİ Masallı xidmət sahəsinin müqavilə ilə işləyən 80-ə yaxın işçisi səhər tezdən adı çəkilən idarənin qarşısına toplaşıb. Etirazçıların əsas şikayəti ondan ibarət idi ki, son aylar əmək haqlarını ala bilmir, həm də əmək haqları 250 manat əvəzinə aşağı məbləğdə verilir. Bizimxeber.az xəbər verir ki, etirazçılar çalışdıqları təşkilatdan arzu olunan cavabı almadıqda İcra hakimiyyətinə tərəf üz tutublar. Yol boyu şikayətçilərin bir neçəsi polis tərəfindən saxlanılıb. Daha sonra etiraz aksiyasının qarşısı alınıb və onlar dağılışıblar. Adı təşkilatın şöbə rəisi Həsənov Xalid Valeh oğlu bizimlə söhbətində bildirdi ki, müqavilə ilə çalışanƏtraflı oxu


Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıb

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb. “Report” Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışı 10 medalla başa vurublar. Gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərinə görə gümüş, gürzlərlə kompozisiyasında isə bürünc medal qazanıb. Komanda yoldaşı Nərminə Səmədova da lent ilə çıxışına görə sıralamada ikinci olaraq, gümüş medala sahiblənib. Gimnastlarımız həmçinin komanda hesabında da fərqlənərək, qızıl medal əldə ediblər. Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək, hər birində medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova,Ətraflı oxu


Göyçayda istefa aksiyası – 50-yə yaxın vəzifəli şəxs işdən imtina edib? -AÇIQLAMA/SİYAHI

Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır. “Qafqazinfo” məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: “Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil. Bunu yayanlar rayonunƏtraflı oxu


Ermənilər Kəlbəcərdə yeniyetmələri ov tüfəngi ilə müharibəyə hazırlayır? FOTOLAR

Ermənistan rəhbərliyi Azərbaycanla mümkün müharibəyə hazırlıq çərçivəsində işğal altındakı Kəlbəcər rayonu ərazisində yeniyetmələr üçün yeni təlim düşərgəsi yaradıb. İyunun 18-də başlayan və bu gün yekunlaşan 12 günlük təlimlər zamanı 12-18 yaş arasında 170 erməni yeniyetməsi dağ atıcılığı təlimi keçib. Onlar əsasən, Zəngəzur, Qarabağ və Gürcüstanın Cavaxetiya bölgəsindən toplanan gənclərdən ibarətdir. Təlimlər zamanı yeniyetmələr dağlıq şəraitdə döyüşlər, yüksəskliklərin ələ keçirilməsi və qorunması, dağ cığırlarına nəzarətlə bağlı praktik təlim keçiblər. Bu hərbi təlimlərin təşkilatçısı Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təcavüzdə aktiv iştirak edən kəşfiyyatçı Vova Vartanov olub. O, Kəlbəcərdə VoMA döyüş düşərgəsiƏtraflı oxu


Azərbaycanda baş həkimin evinə edilən hücumun görüntüləri (VİDEO)

Baş həkimin evinə hücum olunub, oğlu döyülüb. Hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib. Hadisəyə ilkin səbəb kimi baş həkimin 3 gün əvvəl baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış iki nəfərin paytaxt xəstəxanalarından birinə çatdırılması üçün təcili tibbi yardım maşını verməməsi göstərilir… Elə bu səbəbdən də yaralıların qohumları rayon mərkəzi xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı evə hücum ediblər. Avtoqəzada xəsarət almış şəxslərin dayısı Elçin Əliyev iddia edir ki, vəziyyətləri ağır olan gənclərlə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralılardan ikisinin Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də,Ətraflı oxu


Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə (FOTOLAR)

Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevamərasimdə iştirak edib. Sessiya iştirakçılarını salamlayan Birinci vitse-prezidenti bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu deyib. Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirib. “Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik”, – deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb. Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyonƏtraflı oxu


İcra başçısı küsdü – maşın almaq dayandırıldı

Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb: “Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var,  heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa,Ətraflı oxu


Zaur Hüseynov sərt ittiham – 54 milyon manat zərər və adı işıq lampasının qiyməti…

“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərər ilə başa vurub.  Bizimxeber.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, metronun bu günə yığılmış cəmi zərəri 426 milyon 610 min manata çatıb.  “Bakı Metrosu 2018-ci ildə büdcədən 48 milyon 800 min manat subsidiya alıb. 2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı. Metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırıldı, büdcədən hər il böyük həcmdə dotasiya alır, amma qurum hələ də zərərlə işləyir. Çünki dövlət biznesdə ən zay oyunçudur, çünki xərclər süni şəkildə artırılır, korrupsiya sxemləriƏtraflı oxu


Bahar Muradova ondan yazan saytlara söz atdı – “Arzum budur ki…”

Milli Məclis sədrinin müavini Bahar Muradova bir neçə gündür sosial şəbəkədə paylaşılan fotosu haqda açıqlama verib. Bizimxeber.az xəbər verir ki, həmin fotoda B. Muradovanın şəhid ailəsinin evinə ayaqqabı ilə daxil olduğu bildirilir və o bu hərəkətinə görə tənqid olunur. Bu haqda Gununsesi.org saytının paylaşımına reaksiya verən deputat yazıb: “Adətən həqiqətə uyğun olmayan “xəbərlərə” reksiya verməyin tərəfdarı deyiləm.Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir cərcivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir.Ətraflı oxu