Əsas menu

Çərşənbə axşamı, May 21st, 2019

 

“Nazirlik bu dəfə lap “gül” vurub” – Ekspert

“Azərbaycanda standartlaşdırma qurumu yoxdur, standartlaşmanın keçmiş işçiləri evlərində dincəlirlər, amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövzu ilə bağlı tədbir keçirib”. Bunu texnalogiya üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı NRYTN –in tədbir keçirib. Son zamanlar qurumun məsul şəxsləri tərəfindən tez-tez bəsit və mənasız, dar çərçivədə, maraqlı tərəfləri cəlb etmədən tədbirlər təşkil etməsi heç kimə sirr deyil: “Baxıram ki, bu dəfə lap “gül” vurublar. Cari ildə Ümumdünya İnformasiya Cəmiyyəti Gününün mövzusunu (“Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”) qabaqcadan bildiyimdən düşündüm ki, nəhayət ki 1 ilƏtraflı oxu


Bakı Bulvarında çılpaq qızlar – Foto

Bakı bulvarında çəkildiyi deyilən görüntü təəccübləndirir. Kadrlarda bikinili qızların çəmənliyin üzərində uzanaraq günəş qəbul etməsi əks olunub. Onların əcnəbi olduğu ehtimal edilir. Hətta qızlardan biri dincələrkən büsqalterini belə çıxarıb. Milli.az


Səfər Mehdiyevin işdən çıxardığı rəislə bağlı yeni təfərrüatlar

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı “Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu məlum olub.  Gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur. Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub./unikal.az/


“Eurovision” qalibi ilə bağlı gizli məqamlar

Bu il “Eurovision” mahnı müsabiqəsinin qalibi Dunkan Lourens haqqında yeni məlumat yayılıb.  Bizimxeber.az xəbər verir ki, müğənninin yarışmada Niderlanddan əvvəl San-Marinonu təmsil etmək üçün müraciət etdiyi ortaya çıxıb. Belə ki, Dunkan cırtdan ölkənin ictimai televiziyasına müraciət edərək oranın adından layihəyə qatılmaq istədiyini bildirib. Danışıqlardan sonra qərarından imtina edən sənətçi Niderlanddan təklif alıb.


Prezident qatarla Keşləyə gəldi

Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. Dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib. İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib. Sonra Prezident sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.


Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi – Video

Ukraynanın Səhiyyə naziri Ulyana Suprun Vladimir Zeleksninin inauqursiyasından sonra ölkəni tərk edib. “strana.ua” portalı xəbər verir ki, sosial şəbəkələrdə onun “Borispol” hava limanındakı görüntüləri yayılıb. Məlumata görə, Suprun Almaniyanın Frankfurt şəhərinə uçub. Qeyd edək ki, Ukraynanın yeni Prezidenti bütün hökumətin istefasını tələb etdiyi halda U. Suprun vəzifəsindən getməyəcəyini açıqlamışdı.