82 yaşlı kişi özünü vurdu – Bakıda
724 oxunma | Tarix: 2017-06-01 | 3 il öncəBakıda 82 yaşlı kişi özünü ürəyindən güllələyib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Maştağa qəsəbəsində yaşayan 1935-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu məktub yazaraq evdə həyat yoldaşının yanında odlu silahdan ürək nahiyəsinə atəş açaraq özünü güllələyib.
A.Hacıyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. A.Hacıyev məktubunda uzun sürən xəstəliyinə dözə bilmədiyini və bu səbəbdən intihara əl atdığını yazıb.
Fakt bağlı Sabunçu Rayon Prorkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.