bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

4 yaşlı uşağın başı yarıldı -BULVARDA

687 oxunma | Tarix: | 3 il öncə

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Dənizkənarı Milli Parkda yerləşən karusellər və əyləncəli atraksionlar azyaşlı uşaqlar üçün pulsuz olduğu üçün minlərlə insan bura axın edib.

Parkdakı sıxlıq uşaqlardan birinin ciddi xəsarət alması ilə nəticələnib.

Uşaqlardan biri sıxlıq nəticəsində yıxılıb və başı pilləkanlara dəyib. Başı yarılan uşaq üçün dərhal parka təcili yardım çağırılıb. Həkimlərin ciddi səyləri nəticəsində azyaşlı uşağın qanaxması dayandırılıb və ilkin tibbi yardım edildikdən dərhal sonra yaxınlıqdakı tibb məntəqəsinə aparılıb. Azyaşlının ad soyadını açıqlamaqdan boyun qaçırdan valideyni səbəb olaraq sıxlıqdan gileylənib.

Qeyd edək ki, azyaşlı uşağın 4 yaşı var. Hadisə yerindən çəkilmiş fotoları sizə təqdim edirik.\cebhe.info\

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir