Zelenski Makronun atəşkəs təklifini rədd etdi

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə keçirilən Olimpiya Oyunları zamanı Fransa prezidenti Emmanuel Makronun Olimpiya atəşkəs çağırışını rədd edib.

Bizimxeber.az bildirir ki, o, bunun Rusiya ordusunun Ukraynaya qoşun və texnika köçürməsinə kömək edə biləcəyini deyib.

Zelenski Makronun çağırışına cavab olaraq, “Rusiya Federasiyasının bu müddətdən istifadə edərək ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət verə bilər” sualını verib.

Zelenski vurğulayıb ki, Ukrayna düşmənin əlinə keçən hər hansı atəşkəsə qarşıdır.

Qeyd edək ki, mayın 17-də Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpin danışıqlar zamanı Emmanuel Makronun təklif etdiyi Olimpiya barışığı ideyasını müzakirə ediblər.

Putin deyib ki, oyunlar zamanı hərbi əməliyyatların dayandırılması ideyası düzgün və müsbətdir, lakin bu prinsipə çox az adam əməl edir.