"Ukraynaya istənilən silahı göndərməyə hazırıq" – ABŞ

ABŞ müxtəlif ölkələrdən olan müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın Rusiyadan müdafiə üçün silahlarla təchiz etmək tələbinin həyata keçirilməsinə hərtərəfli töhfə verməyə hazırdır.

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin deyib. 

Onun sözlərinə görə, təkcə ABŞ deyil, həm də dünyanın hər yerindən olan tərəfdaşlar Ukraynaya kömək etməkdə qərarlıdır: “Biz Ukraynanı çoxlu sayda haubitsa və xeyli miqdarda 155 mm-lik sursatla təmin etdik. Lakin digər ölkələr də 155 mm-lik haubitsalarla təmin edib”.

Qərbin Ukraynanın istəklərini, xüsusən daha 1000 ədəd haubitsa və 300 MLRS ilə təmin etməyə hazır olub-olmaması ilə bağlı suala Ostin belə cavab verib: “ABŞ hər şeyi təmin etməyə və Ukraynanın uğur qazanmasına kömək etməyə hazırdır”.