Ukraynadan daha 2 taxıl gəmisi yola düşdü

Taxıl gəmilərinin Qara dəniz üzərindən daşınması davam edir. Bu gün Ukraynadan daha 2 taxıl daşıyan gəmi yola düşüb. 

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. 

“Taxıl anlaşması çərçivəsində İsgəndəruna 12 min ton qarğıdalı daşıyan Barbados bayraqlı “Fulmar S” və Təkirdağa 3 min ton günəbaxan toxumu daşıyan Marşall adaları bayraqlı “Thoe” gəmisi Çernomorsk limanından yola düşüb”, - məlumatda bildirilib.

Həmçinin açıqlamada vurğulanıb ki, bu gün daha bir gəmi Ukraynaya taxıl almaq üçün hərəkət edəcək.