"Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına rəhbərlik etməyə hazıram" - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Bayden siyasətinin əlehinə çıxışlar edib.

Bizimxeber.az bildirir ki, o, ABŞ-ın Ukraynaya hərbi dəstəyi gücləndirmək çağırışlarını pisləyərək, Üçüncü Dünya Müharibəsindən qaçmaq üçün Moskva və Kiyevi danışıqlar masası arxasına oturmağa dəvət edib.

Üstəlik, Tramp sülhə nail olmaq üçün danışıqlar aparan qrupa rəhbərlik etməyə hazır olduğunu deyib.  

Donald Trampın bu açıqlaması Qərb ölkələrində Ukrayna və Rusiya arasında birbaşa atəşkəs danışıqlarının başlanmasına dair çağırışı böyük müzakirəyə səbəb olub.

"Biz sülh yolu ilə həll üçün təcili danışıqlar tələb etməliyik. Əks halda, biz üçüncü dünya müharibəsi ilə başa çatacağıq və planetimizdən heç nə qalmayacaq”.