Türkiyənin mövcudluğu təhlükə altındadır - Ərdoğan

Ailə quruluşunun mühafizəsi bizim üçün olduqca vacibdir. Ailə mədəniyyəti imperializminə qarşı ən sağlam qalamızdır.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Açıq deyirəm, doğum səviyyəsinin enməsi Türkiyənin mövcudluğu üçün təhdiddir, fəlakətdir. 2023-cü ilin doğum statistikası narahatedicidir. 3 uşaq tövsiyəmizdən dolayı tənqid edildik. Amma zaman bizi haqlı çıxardı. Çağırışımızın önəmi indi daha yaxşı başa düşülür”, - deyə dövlət başçısı bildirib.