"Tezliklə Ukraynanın dənizə çıxışı olmayacaq" - Medvedyev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında Kiyevin Qərb tərəfdaşlarına təyyarə və sualtı qayıqların verilməsi ilə bağlı müraciətlərinə cavab verib.

Bizimxeber.az bildirir ki, o, "Ukrayna boş yerə bunu xahiş edir, çünki tezliklə dənizə çıxışı olmayacaq"- deyib: "Döyüş təyyarələri əldə etmək istəyi başa düşüləndir. Ukrayna səması Rusiya Hərbi Hava Qüvvələrinin nəzarəti altındadır və uçuş-enmə zolaqlarının əksəriyyəti dağıdılıb və ya zədələnib".