Starlink Ukrayna üçün xidmətlərin qiymətini qaldırdı

Peyk internetə çıxışı təmin edən Starlink Ukraynada istifadəçilər üçün xidmətlərinin qiymətini artırıb.

Bizimxeber.az bildirir ki, bu barədə Telegram -da Ukraynanın “Pryamiy” telekanalı məlumat yayıb.

Bildirilir ki, Ukraynadan olan istifadəçilər dekabrın 29-dan Starlink-ə tarif dəyişikliyi barədə məlumat verən məktublar almağa başlayıb. Peyk interneti ayda 60 dollar əvəzinə 75 dollara başa gələcək.