Sanksiyalar səbəbindən Rusiyanın ixracı azalıb

Sanksiyalar səbəbindən 2022-ci ildə Rusiyanın 20 əsas sektorunun qeyri-əmtəə, qeyri-enerji ixracatının itkisi 25,7 milyard dollar təşkil edəcək. Bu göstərici 2021-ci ilin həcmlərinə nisbətən 19 faiz azalacaq.

Bizimxeber.az bildirir ki, bu barədə RBC “Trust Technologies of Trust”ın ( Rusiyada keçmiş PwC) məlumat yayıb. Birbaşa itkilərin təxminən 80 faizi Aİ ölkələrinə ixracın, 11 faizi Ukraynaya, 10 faizi isə Böyük Britaniyaya ixracın payına düşür. 

Təqdimatda qeyd olunur ki, 2030-cu ilə kimi əsas qeyri-xammal sahələrinin ixracının digər bazarlara yönəldilməsi planlaşdırılır. Gəlir çatışmazlığının əhəmiyyətli hissəsinin MDB ölkələrinə, Yaxın Şərqə ( Türkiyə və İrana ) tədarüklə əvəzlənəcəyi gözlənilir. Asiya və Latın Amerikası ölkələri müəyyən mallar üçün axınları yönləndirməyə hazırlaşır.

Ekspertlər qeyd edirlər ki, tədarükün bərpası üçün nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirmək, biznes hesablaşmaları üçün yeni mexanizm yaratmaq, eləcə də yeni ixrac bazarlarına çıxmaq üçün səlahiyyətli orqanlardan köməklik etmək lazımdır. Rusiya metallurgiya şirkətlərinin polad və dəmir filizi ixracı əksər hallarda rublun çox güclü olması səbəbindən onlara itkilər gətirir.