"Şah Kargo"nun rəhbəri həbsdən buraxıldı

Gömrük sistemindəki korrupsiya və digər qanunsuzlarla bağlı keçirilən əməliyyatlar zamanı həbs olunan "Şah kargo"nun rəhbəri Muxtar Məmmədov həbsdən buraxılıb.

Bizimxeber.az bildirir ki, Muxtar Məmmədov  əslən Babək rayonunun Nehrəm kəndindəndir.

Onun adı idxal daşımaçılığı monopoliyasında hallanırdı.

Muxtar Məmmədov son 6 ildə gömrükdən Azərbaycana daxil olan malların rəsmiləşdirilməsində ciddi saxtakarlıqlara yol verib. Yüklərin real çəkisi sənədlərdə qat-qat aşağı göstərilib.

Belə ki, 25-30 ton həcmində yük sənədlərdə 20 ton göstərilib. Bu proses illərlə davam edib. Hər yük maşınında 5-10 ton mal gömrük rəsmiləşdirilməsindən yayındırılıb və nəticədə yüz milyonlarla manat dövlət büdcəsinə ziya vurulub. Məhz bu qanunsuz əməllərinə görə gömrük generalları ilə eyni vaxtda Muxtar Məmmədov da saxlanılmış və onun barəsində 3 aylıq həbs qərarı verilmişdi.