Ruslar Azovstalda yandırıcı mərmilərdən istifadə edir

Rus işğalçıları Azovstalda Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər. 

Bizimxeber.az bildirir ki, bu barədə Pyotr Andryuşenko teleqram kanalında məlumat verib.

"İşğalçıların özləri iddia edirlər ki, termit təbəqələri olan 9M22C yandırıcı mərmilərdən istifadə edilib. Yanma temperaturu təxminən 2-2,5 min dərəcə selsidir. Yanmağı dayandırmaq demək olar ki, mümkün deyil", - Andryuşşenko bildirib.