"Rusiyanın Xarkovu almaq planı yoxdur" - Putin

Prezident Vladimir Putin rus qoşunlarının Xarkov əməliyyatının məqsədlərini açıqlayıb.

Bizimxeber.az bildirir ki, onun sözlərinə görə,  Xarkov əməliyyatı Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zonası yaratmaq cəhdidir: "Əmin edirəm ki, Rusiya Xarkovu almaq fikrində deyil".

“Biz Şimal-Şərqi Hərbi Dairə zonasında Rusiya Federasiyasının sərhədyanı rayonları ilə bufer zonası yaradırıq, bunu artıq edirik”, - deyə Vladimir Putin bildirib.