Rusiya MDB-dən olan sahibkarlara dəstək verəcək

Rusiya  MDB ölkələrindən Rusiya bazarına mal çıxarmağı planlaşdıran və ya artıq daxil edən şirkətlər üçün informasiya portalı yaradacaq.

Bizimxeber.az bildirir ki, bunu İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov Rusiya-Özbəkistan biznes forumunda deyib.

Biz bu problemi də qaynar xətt çərçivəsində nazirliklər səviyyəsində həll edəcəyik” deyə Reşetnikov bildirib. 

Nazir qeyd edib ki, Rusiyada biznes qurmaq və inkişaf etdirmək üçün getdikcə daha çox müraciətlər olur. Xüsusilə, Özbəkistandan olan sahibkarlar dəstək tədbirləri və tənzimlənməsi ilə maraqlanırlar.

Qeyd edək ki, MDB-yə Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya, Özbəkistan və Ukrayna daxildir.