Rusiya Kiyevə simulyasiya edilmiş nüvə başlıqlı raket atdı - KİV

Rusiya ötən gün Kiyevə simulyasiya edilmiş nüvə başlıqlı raket atıb. 

Bizimxeber.az bildirir ki, bu barədə "Defence Express” öz mənbələrinə istinadən məlumat yayıb. 

Məlumatda deyilir ki, Kiyevə Noyabrın 17-də Kiyev üzərində vurulmuş qanadlı raketlərdən biri nüvə başlığının simulyatoru ilə təchiz edilib. Bu X-55 qanadlı raketi olub. 

Х-55 — Википедия

Bildirilir ki, bu raketdə döyüş başlığı əvəzinə nüvə başlığının imitasiyaçısı kimi çıxış edən buralanmış blok olub.

Ekspertlər hesab edir ki, Rusiyada qanadlı raketlərin ehtiyatı Kreml üçün kritik həddə tükənir. Nəşr vurğulayır ki, Kh-55 raketinin nüvə arsenalından istifadə edilməsi faktı buna dəlalət edə bilər. 

Mütəxəssislər ikinci versiyanı Rusiya Federasiyasının Ukraynanın hava hücumundan müdafiəsini həddən artıq yükləmə effekti yaratmaq cəhdi adlandırırlar.