Roma Papası Putinlə görüşə gedir

Papa Fransisk bu ay Kanadaya səfər etdikdən sonra mümkün qədər tez Moskva və Kiyevə səfər edə biləcəyinə ümid etdiyini bildirib.

Bizimxeber.az bildirir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində deyib.

Ukraynadakı vəziyyətdən danışan Fransisk qeyd edib ki, Vatikanın dövlət katibi kardinal Pietro Parolin və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvaya mümkün səfərlə bağlı təmaslar olub.

Agentlik qeyd edir ki, heç bir Roma Papası indiyə qədər Moskvaya səfər etməyib və Fransisk Rusiyanın Ukraynaya təcavüzünü dəfələrlə pisləyib.

Keçən cümə axşamı o, dolayısı ilə onu “qəddar və mənasız təcavüz müharibəsi” aparmaqda ittiham edib.

Bir neçə gün əvvəl Fransisk işğalçı ölkənin prezidenti Vladimir Putini dəstəkləmədiyini, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində “xeyir və şər” haqqında danışmaqdan imtina etdiyini bəyan edib. O, həmçinin NATO-nun məsuliyyətinə eyham vuraraq, müharibənin "təxribat" ola biləcəyini və ya onun qarşısını ala bilmədiyini irəli sürüb.