Qarabağda həyəcan siqnalı işə düşdü: niyə indi?

Qarabağda həyəcan siqnalı verilib: separatçılar erməni əhalisini narahat olmamağa çağırıb, Rusiya sülhməramlılarının “hava təhlükəsi siqnallarını” yoxladıqları haqda məlumat yayıblar.

“Həyəcan siqnalı” təliminin niyə indi keçirilməsi diqqət çəkir. O da diqqət çəkir ki, təlim bir neçə gün öncə separatçıların səngər qazdığı və Azərbaycan ordusunun sərt reaksiya verdiyi Xocalı ərazisində keçirilir.