"Putinlə danışıqlar aparmaq mümkün deyil" - Olaf Şolz

"Rusiya diktatoru Vladimir Putin hələ Ukrayna ilə “ədalətli sülh” danışıqlarına hazır deyil".

Bizimxeber.az bildirir ki, bunu Almaniya parlamentində çıxışı zamanı Almaniya kansleri Olaf Şolz deyib.

Şolzun sözlərinə görə, hazırda Kreml beynəlxalq ictimaiyyətə hədələyici jestlər nümayiş etdirməyə üstünlük verir. Almaniya kansleri bunlardan biri kimi Putinin ABŞ-la nüvə sazişini dayandırmaq qərarını da qeyd edib.