Putin və Bayden dekabrda görüşəcək - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml bu ilin sonuna qədər Co Bayden və Vladimir Putin arasında görüşə ümid edir. 

Bizimxeber.az "TASS"a istinadən bildirir ki, Peskov deyib ki, tarix hələ müəyyən edilməyib: "Ümid edirik ki, rabitə ilin sonuna kimi baş tuta biləcək.

Amma hələlik dəqiq tarix yoxdur. Çox güman ki, bu, videokonfrans olacaq. Xüsusilə, danışıqlar zamanı Ukrayna mövzusuna toxunulması planlaşdırılır".