Putin Təhlükəsizlik Şurası ilə operativ müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib və təhlükəsizlik məsələlərini müzakirə edib.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu müvafiq məruzə ilə çıxış edib. 

“Bugünkü gündəlikdə, sözün əsl mənasında, təhlükəsizlik məsələləridir, hərbi istiqamətdə. Məruzəçi – RF müdafiə naziri Sergey Kujuqetoviç Şoyqu”, - Prezident deyib.