Pusiya Pakistana ucuz neft satmadı

Neft idxalı ilə bağlı danışıqlar zamanı Pakistan Rusiyadan 30-40% endirim istəsə də, ikinci bununla razılaşmayıb. Amma Rusiya tərəfi bu müraciətə baxıb öz fikrini bildirəcəyini vəd edib.

Bizimxeber.az bildirir ki, Rusiya Pakistana nefti böyük müştəri ölkələrə təqdim etdiyi qiymətlərlə təklif edə bilər.

Onlar qeyd ediblər ki, artıq bütün həcmlər iri alıcılara verilib.

Pakistan Rusiyadan xam neftin alınması məsələsini müzakirə etmək üçün neft üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini Rusiya Federasiyasına göndərib. İslamabad Moskvadan yanacaq məhsullarını Nyu Dehlinin ödədiyi qiymətə almaq istəyir.