Prezident həbs edildi

Peru Prezidenti Pedro Kastilyo həbs edilib. 

"Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Peru rəsmiləri bildirib.

Qeyd edək ki, Peru Prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib.

O, bunu dövlət başçısı administrasiyasının feysbuk səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib. Prezidentin bəyanatından sonra Peru parlamenti təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub.