Parisdə 1 May nümayişləri zamanı 50-dən çox polis yaralanıb

Parisdə mayın 1-dək keçirilən nümayişlər zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. 

Bizimxeber.az bildirir ki, Paris Prokurorluğu elan edib ki, hadisələr nəticəsində polis bölmələrində əksəriyyəti zorakılıq hərəkətlərinə hazırlaşmaqda və zərər vurmaqda şübhəli bilinən, “D” kateqoriyalı silahlara malik olan və üzləri örtülmüş 35 nəfər saxlanılıb.

Ümumilikdə, Fransa paytaxtında aksiya pensiya islahatına qarşı etirazların ən qızğın çağında keçən illə müqayisədə daha sakit keçib. Həmkarlar ittifaqları iştirakçıların ümumi sayını 50.000, polis isə 18.000 nəfər hesab edib.