Özünü və uşaqlarını binadan atan qadına ağır ittiham verildi

Ötən ilin 18 iyul tarixində Yasamal rayonunda özünü və övladlarını binadan atan qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. 

Övladları Sara və Sofiya Abbasova ilə birlikdə özünü 5-ci mərtəbədən atan 1997-ci il təvəllüdlü Aytən Abbasovaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Yeni Yasamal yaşayış massivində ailədaxili münaqişə zəminində baş vermiş hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdirilib.