Oqtay Əliyevin dəfn yeri dəyişdirildi

Ötən gün avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin dəfn yeri dəyişdirilib. 

Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Məlumatı ailə üzvləri təsdiq edib. Qeyd edək ki, ötən gün O.Əliyevin Mehdiabad qəbiristanlığında dəfn olunacağı bildirilirdi.

***

Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ailəsinin müraciəti əsasında Nazirlik tərəfindən bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.