Nuradan gedişhaqlarının artırılması xəbərinə sərt reaksiya: "Şura elə bil Marsda yaşayır"

Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə etiraz edib.

O, feysbuk hesabında Tarif Şurasını qınayıb: 

"Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yolların axtarın", - deyə o qeyd edib.